İşəgötürənlərlə əməkdaşlıq genişləndirilir
22
11 2018
news image

               Noyabrın 22-də Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində “Veysəloğlu” Şirkətlər Qrupunun nümayəndələri ilə görüş keçirilib.

               Görüşdə agentliyin direktor əvəzi Amil Əlili ölkədə peşə təhsilinin inkişafında işəgötürənlərlə səmərəli əməkdaşlığın əhəmiyyətini vurğulayıb, bu istiqamətdə həyata keçirilən tədbirlər və nəticələri barədə geniş məlumat verib. Həmçinin peşə təhsilinin əmək bazarının tələblərinə uyğun qurulması üçün birgə fəaliyyətin vacibliyini diqqətə çatdırıb.

               “Veysəloğlu” Şirkətlər Qrupunun İnsan Resusları Direktorluğunun Biznes Tərəfdaşlıq, Karyera və İnkişaf üzrə direktoru Təyyar Mustafayev və Təhsil müəssisələri ilə əlaqələr bölməsinin müdiri Fuad Əliyev  bir sıra peşə istiqamətləri üzrə ixtisaslı kadr hazırlığı, birgə tədris proqramlarının - kurikulumların hazırlanması və məzunların məşğulluğunun təmin olunması ilə bağlı  məsələlərdən danışıblar.

                Görüşdə qeyd olunan istiqamətlər üzrə gələcək əməkdaşlıq barədə müzakirələr aparılıb.