“Turizm sektoru üçün hazırlanan çərçivə kurrikulumun tətbiqi” mövzusunda təlimlər keçirilib
05
11 2018
news image

              “Turizm sektoru üçün hazırlanan çərçivə kurrikulumun tədbiqi”nə dair növbəti təlimlər 1-2 noyabr tarixlərində Qax Peşə Liseyində keçirilib.

               Təlimdə Bakı şəhəri, Qəbələ, İsmayıllı və Qax rayonlarında fəaliyyət göstərən peşə təhsili müəssisələrində turizm ixtisaslarını tədris edən mühəndis-pedaqoji heyət iştirak edib.

               Təlim zamanı iştirakçılara hazırlanan kurrikuluma uyğun tədris planlarının hazırlanması, nəzəri və praktiki saatların bölüşdürülməsinə dair ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

                Qeyd edək ki, turizm sektoru üçün çərçivə kurrikulumun hazırlanması və  tətbiqi Avropa İttifaqının maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən həyata keçirilən  “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi çərçivəsində həyata keçirilir.