Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri gənclər sərgisində II yerə layiq görülüb
23
10 2018
news image

            Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri oktyabrın 22-də “Ekoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə” mövzusunda təşkil olunan sərgisində II yerə layiq görülüb.

            Sərgidə mərkəzin 30-dan çox tələbəsi iştirak edib. Tələbələr dəzgah rəngkarlığı, rəngkarlıq, qrafika, landşaft dizaynı, vitraj üslubları üzrə ekoloji mövzuda əl işlərini nümayiş etdiriblər.

            Sərgidə mərkəzin tələbələri tərəfindən iştirakçılar üçün “masterklass”lar da keçirilib.