Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri oktyabrın 13-də keçirilən "Plastik tullantılardan kreativ incəsənət nümunələrinin hazırlanması” müsabiqəsində I və III yerin qalibi olublar.
Müsabiqədə iştirakçılar onlara verilmiş müəyyən vaxt ərzində plastik tullantılardan kreativ incəsənət nümunələri hazırlayaraq münsiflərin diqqətinə təqdim ediblər.
Qaliblər sertifikat və hədiyyələrlə təltif olunublar.
Qeyd edək ki, müsabiqə Britaniyanın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi, “AUKAA - The Azerbaijan-UK Alumni Association”-un və “AZGREEN-Engineering and Environmental Services” şirkətinin birgə təşkilatçılığı ilə keçirilib. Müsabiqənin əsas məqsədi tullantıların azaldılması və təkrar istifadəsi vərdişlərinin aşılanması, həmçinin lazımsız hesab edilən materiallardan yararlı və faydalı əşyalar hazırlanmasının və istifadəsinin mümkünlüyünün təbliğ edilməsidir.