Peşə təhsili müəssisələrinin tələbələri arasında kulinariya yarışı keçiriləcək
03
10 2018
news image

             Dünya Kulinariya Təşkilatının 90 illiyi münasibəti ilə dövlət peşə təhsili müəssisələrində təhsil alan tələbələrin iştirakı ilə kulinariya yarışı təşkil olunacaq.

             Yarışın keçirilməsində məqsəd peşə təhsili müəssisələrində kulinariya üzrə təhsil alan gənclərin peşəkarlığının artırılması və onların beynəlxalq müsabiqələrə hazırlanmasıdır. İştirakçılar milli mətbəx üzrə aşpazlıq məharətlərini və kulinariya sahəsində ən yeni istiqamətlərin tətbiqi üzrə bacarıqlarını nümayiş etdirəcəklər.

             Tədbir Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Kulinariya Mərkəzi və Assosiasiyasının birgə təşkilatçılığı,m“Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsinin dəstəyi ilə keçiriləcək.

              5 gün davam edəcək yarışda peşə təhsili müəssisələrinin tələbə və təlim ustalarından ibarət komandalar iştirak edəcək və qaliblər mükafatlandırılacaq.