Peşə təhsili müəssisələrinin rəhbər və inzibati heyəti üçün təlimlərə start verilib
06
11 2026
news image

   Peşə təhsili müəssisələrində kadr potensialının gücləndirilməsi və tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə rəhbər və inzibati heyət üçün yüksək texniki peşə təhsili üzrə təlimlərə start verilib.

   “Yüksək texniki peşə təhsili səviyyəsində kredit sistemi ilə tədris-metodiki işin təşkili və idarəedilməsi” mövzusuna həsr olunan proqramın əsas məqsədi tədris prosesinin planlaşdırılması, idarə olunması və sənədləşdirilməsi sahəsində vahid yanaşmanın formalaşdırılmasıdır.

   Proqram nəzəri biliklərin praktiki bacarıqlarla möhkəmləndirilməsinə xüsusi diqqət yetirir. Belə ki, normativ sənədlərin təqdimatından sonra iştirakçılar Təlimat kitabçasında nəzərdə tutulan müvafiq formalar üzərində işləyir, praktiki situasiyaları təhlil edir və mövzu ətrafında fikir mübadiləsi aparırlar.

   Müəyyən edilmiş qrafikə uyğun davam edən təlimlər çərçivəsində iştirakçıların rəy və təkliflərinin toplanması, onların yüksək texniki peşə təhsili səviyyəsində tədris-metodiki işin təşkili və idarəedilməsi mexanizmlərinin təkmilləşdirilməsində nəzərə alınması nəzərdə tutulur.