“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində keçirilən qısamüddətli təlimlər yekunlaşıb
23
10 2026
news image

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”çərçivəsində  keçirilən qısamüddətli təlimlər yekunlaşıb.

Təlimlərin əsas məqsədi Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdan əhalinin kvalifikasiyalarının artırılması yolu ilə davamlı məşğulluğunun təmin edilməsi olub.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən 2026-cı ildə 611 nəfər qısamüddətli təlimlərə cəlb edilib. Təlimlər Bakı şəhəri və regionlarda yerləşən 6 peşə təhsili müəssisəsində 21 ixtisas üzrə təşkil olunub. Dövlət Proqramı çərçivəsində ümumilikdə 6806 nəfər qısamüddətli təlimlərdə iştirak edib və bu göstərici üzrə Tədbirlər Planında nəzərdə tutulan hədəf 136 faiz icra edilib.

Təlimləri uğurla başa vuran şəxslərə əmək fəaliyyətinə başlamağa imkan verən dövlət nümunəli sertifikat təqdim edilib.