“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində keçirilən qısamüddətli təlimlər yekunlaşıb
14
10
2026
Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində peşə təhsili müəssisələrində təşkil olunan qısamüddətli təlimlər başa çatıb.
Təlimlərin əsas məqsədi işaxtaran və işsiz şəxslərin əmək bazarının tələblərinə uyğun peşə bilik və bacarıqlarına yiyələnməsini təmin etmək, onların məşğulluq imkanlarını artırmaq olub.
2026-cı il ərzində Bakı şəhəri və regionları əhatə etməklə 19 peşə təhsili müəssisəsində 19 ixtisas üzrə təlimlər təşkil olunub. Proqrama ümumilikdə 593 nəfər cəlb edilib.
Təlim proqramlarını uğurla başa vuran iştirakçılara müvafiq istiqamət üzrə dövlət nümunəli ilk peşə-ixtisas təhsili haqqında sənəd təqdim olunub.
Həmçinin oxu