Aşpaz ixtisası üzrə beynəlxalq sertifikat proqramını uğurla başa vuran məzunlarla görüş keçirilib
23
07 2026
news image

Aşpaz ixtisası üzrə beynəlxalq sertfikat proqramını uğurla bitirmiş və “City & Guilds Səviyyə 2 “ beynəlxalq dərəcəli serifikat əldə edən peşə məzunları ilə görüş keçirilib.

Tədbirdə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsilində beynəlxalq standartların tətbiqinin gənclərin qlobal əmək bazarında rəqabətqabiliyyətliliyini artırdığını vurğulayıb.

Qeyd etmək lazımdır ki, bu uğurlu təcrübə tək aşpazlıq sahəsi ilə məhdudlaşmır. Ölkənin aparıcı tərəfdaş qurumları ilə işbirliyi çərçivəsində reallaşdırılan və ümumilikdə 7 ixtisası əhatə edən bu beynəlxalq proqramlar şəbəkəsi peşə təhsilimizin ümumi inkişafına güclü təkan verir. Sənaye, İKT, dizayn, mühasibatlıq və kulinariya sahələrini əhatə edən bu təşəbbüslər peşə təhsilinin nüfuzunu artırır, daxili əmək bazarı ilə yanaşı, xarici şirkətlərdə, beynəlxalq layihələrdə və distant iş platformalarında uğurla rəqabət aparmaq, habelə daha yüksək başlanğıc əməkhaqqı ilə karyeraya başlamaq imkanı qazanırlar.

Sonda "City & Guilds Səviyyə 2" beynəlxalq dərəcəli sertifikatlar uğurlu nəticə göstərən məzunlara təqdim edilib.