17–20 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən 13 peşə təhsili müəssisəsi iştirak edib.
Sərgi müddətində peşə təhsili müəssisələri tərəfindən təqdim olunan stendlər ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
Tədbir çərçivəsində peşə təhsili müəssisələrinin hazırladığı məhsul və xidmətlər nümayiş etdirilib, yeni əməkdaşlıq və tərəfdaşlıq imkanları müzakirə olunub. Ümumilikdə, sərgi müddətində əməkdaşlıq və tərəfdaşlıq məsələlərinin müzakirəsi məqsədilə peşə təhsili müəssisələri tərəfindən işitrakçı şirkətlərlə 84 görüş keçirilib.
Qeyd edək ki, 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi yerli məhsul və xidmətlərin təşviqi, sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi və yeni işgüzar əlaqələrin qurulması məqsədilə təşkil olunub. Sərgidə 300-dən çox yerli şirkət iştirak edib.