Azərbaycan nümayəndə heyəti Çində keçirilən “Bir kəmər, bir yol” Peşə Təhsili Alyansının 10-cu Mübadilə tədbirində iştirak edib
25
05 2026
news image

   Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndə heyəti 2026-cı il 20–24 may tarixlərində Çin Xalq Respublikasının Şansi əyalətinin Sian şəhərində keçirilən 10-cu “Bir kəmər, bir yol” Peşə Təhsili Alyansının Mübadilə tədbirində iştirak edib.

    Səfər çərçivəsində nümayəndə heyəti Şansi Əyalət Hökumətinin ev sahibliyi etdiyi “İpək Yolu 2026” Beynəlxalq Əməkdaşlıq Konfransında, eləcə də peşə təhsili sahəsində beynəlxalq əməkdaşlığa həsr olunan müxtəlif tədbirlərdə iştirak edib. Eyni zamanda, Sian şəhərində yerləşən aparıcı peşə təhsili müəssisələrinə və qabaqcıl yüksək texnologiya şirkətlərinə səfərlər təşkil olunan, qarşılıqlı təcrübə mübadiləsi aparılıb.

   Bununla yanaşı, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Şanxi Peşə və Texniki Kollec arasında əməkdaşlıq imkanları müzakirə edilib.

   Bu əməkdaşlıq Azərbaycan Respublikası ilə Çin Xalq Respublikasının müvafiq təhsil müəssisələri arasında əlaqələrin daha da genişləndirilməsinə, peşə təhsili sahəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsinə, eləcə də qabaqcıl beynəlxalq təcrübələrin ölkəmizdə tətbiqinə mühüm töhfə verəcəkdir.