Göygöl Peşə Məktəbi ilə Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb
10
02 2026
news image

10 fevral 2026-cı il tarixində Göygöl Peşə Məktəbi ilə Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutu arasında birgə fəaliyyətə dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən tərəflər Dual-iş yerində öyrənmə proqramı çərçivəsində, xüsusilə arıçı ixtisası üzrə təhsil alan tələbələrin istehsalat təlimi və təcrübəsinin birgə təşkilində əməkdaşlıq edəcəklər. Bu model tələbələrin real iş mühitində praktiki bacarıqlar qazanmasını və peşə səriştələrinin daha keyfiyyətli formalaşmasını nəzərdə tutur.

Razılaşmaya əsasən ilkin mərhələdə 20 tələbə institutun struktur bölmələrində praktiki təcrübə keçəcək, tədris prosesi isə nəzəri və praktik hazırlığın paralel aparılması prinsipi ilə təşkil olunacaq.

Müqavilə həmçinin tələbələrin təhlükəsiz əmək şəraitində təcrübə keçməsi, mentor dəstəyi, bilik və bacarıqların qiymətləndirilməsi, eləcə də aqrar sahə üzrə peşə təhsilinin inkişafına töhfə verəcək birgə fəaliyyətləri nəzərdə tutur.