Peşə təhsilinin inkişafı ilə bağlı həyata keçirilən fəaliyyətlərdə ictimai birliklərin iştirakı dövlət tərəfindən müəyyən edilmiş strateji prioritetlərə uyğun olaraq təşviq edilir. “Peşə təhsili haqqında” Qanun peşə təhsili sahəsində dövlət siyasətinin əsas istiqamətlərini müəyyən edir və şəffaf idarəetmə prinsipini vurğulayır. Bu çərçivədə ictimai birliklərlə davamlı və sistemli əməkdaşlıq prinsipi əsas götürülərək, maarifləndirici tədbirlər, ictimai müzakirələr və birgə təşəbbüslər vasitəsilə ictimai iştirakçılığın gücləndirilməsi təmin edilir.
Mövcud qanunvericiliyə əsasən, ictimai birliklər dövlət siyasətinin formalaşdırılması və icrasında, o cümlədən təhsil sahəsində həyata keçirilən proqram və təşəbbüslərdə fəal iştirak edirlər. Bu çərçivədə Agentlik ictimai birliklərlə maarifləndirmə, sosial tərəfdaşlıq, gənclərlə iş və birgə təşəbbüslər üzrə səmərəli əməkdaşlıq həyata keçirir.
“Gənclərin Töhfəsi” İctimai Birliyi ilə qurulmuş davamlı tərəfdaşlıq münasibətləri nəzərə alınaraq, Peşə Təhsili üzrə Dövlət Agentliyi ictimai birlik tərəfindən həmin təşkilatın 15 illik fəaliyyət yubileyi münasibətilə mükafatla təltif olunub.
Təqdim edilən mükafat Agentliyin peşə təhsili sahəsində ictimai əməkdaşlığın inkişafına verdiyi töhfəyə yüksək qiymətin ifadəsidir.