Bloger və influenserlərlə açıq dialoq formatında görüş keçirilib
26
12 2025
news image

23 dekabr 2025-ci il tarixində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bloger və influenserlərlə açıq dialoq formatında görüş keçirilib.

   Tədbirin məqsədi elm və təhsil sahəsində həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər və yeniliklər barədə ictimai nüfuzlu şəxslərin məlumatlandırılması, həmçinin açıq dialoq mühitinin formalaşdırılması olub.

   Görüş şəbəkələşmə sessiyası ilə başlayıb. Ardınca Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və təhlil şöbəsinin müdiri Leyla Xəlilova-Rzazadə “Elm və təhsil sahəsində hədəflər və nailiyyətlər” mövzusunda çıxış edib.

   Tədbirin növbəti hissəsində “Elm və təhsil sahəsində yeniliklər” mövzusunda təqdimat və interaktiv sessiya təşkil olunub. Sessiyaya Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev moderatorluq edib.

   Sessiya çərçivəsində spiker qismində:

  • Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zənfira Sevdimalı,
  • Peşə Təhsili üzrə Dövlət Agentliyinin Tərəfdaşlarla iş və kommunikasiya şöbəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aytən Qurbanova,
  • Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Sənədlərlə və müraciətlərlə iş sektorunun müdiri Pərviz Əliyev çıxış edərək öz fəaliyyət istiqamətləri üzrə yeniliklər və görülən işlər barədə məlumat veriblər.

    Bu kimi tədbirlər təhsil sahəsində həyata keçirilən islahatların daha geniş auditoriyaya çatdırılması, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi və şəffaf kommunikasiya mühitinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.