2018-2019-cu tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində dövlət peşə təhsili müəssisələrinə boş qalan yerlərə sənəd qəbulu başa çatıb.
4-10 sentyabr 2018-ci il tarixlərində keçirilən sənəd qəbulu zamanı 5134 nəfər qeydiyyatdan keçib. 3913 nəfər müsabiqədən keçərək peşə təhsili müəssisələrinə qəbul olunub.
İxtisas seçimindən uğurla keçən şəxslər aşağıdakı sənədləri 11-12 sentyabr 2018-ci il tarixlərində qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər:
- Təhsil haqqında sənədin əsli;
- Tibbi arayış;
- Şəxsiyyət vəsiqəsi (surəti);
- 3x4 sm. ölçüdə 4 ədəd fotoşəkil;
- Hərbi mükəlləfiyyət barədə sənəd (hərbi mükəlləfiyyətlilər);
- Güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.
Qeyd edək ki, dövlət peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat üzrə müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçirilir.