Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Peşə təhsili və əmək bazarı əməkdaşlığının gücləndirilməsi” mövzusunda regional konfrans keçirilib
22
12 2025
news image

19 dekabr 2025-ci il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Peşə təhsili və əmək bazarı əməkdaşlığının gücləndirilməsi” mövzusunda regional konfrans keçirilib.

Konfransda Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri, Qəbələ, İsmayıllı, Oğuz, Qax və Şəki Peşə Təhsil Mərkəzlərinin direktorları, regionda fəaliyyət göstərən işəgötürənlər və sahibkarlar iştirak ediblər. Tədbir çərçivəsində peşə təhsil mərkəzlərinin təşkil etdiyi sərgidə təhsilalanların hazırladığı iş nümunələri, praktiki bacarıqları və innovativ yanaşmaları nümayiş olunub.

Açılış mərasimində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru  mərkəzin fəaliyyəti, keçdiyi inkişaf yolu və gələcək hədəfləri barədə məlumat verib, peşə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılmasının vacibliyini vurğulayıb.

Konfransın panel müzakirələri iki əsas istiqaməti əhatə edib:

I panel: Regionda işəgötürənlərin tələbləri və peşə təhsili müəssisələri üçün yeni çağırışlar;

II panel: İşəgötürən–peşə təhsil mərkəzləri əməkdaşlığı, dual təhsil modeli, birgə layihələr və startap təşəbbüsləri;

Tədbir çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə “Tatun Travel” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum turizm sahəsində kadr hazırlığı, istehsalat təcrübələrinin təşkili və gələcək birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.