Peşə təhsil müəssisələrinin təhsilverənləri üçün Türkiyə Respublikasına təlim səfəri təşkil olunub
03
12 2025
news image

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” çərçivəsində 22-30 noyabr 2025-ci il tarixlərində 10 peşə təhsili müəssisəsinin 24 mühəndis-pedaqoji heyəti üçün Türkiyə Respublikasının Antalya, Bursa və İstanbul şəhərlərində yerləşən müxtəlif təhsil müəssisələrində təlim proqramı təşkil edilib. Təlimlərin təşkilində əsas məqsəd mühəndis-pedaqoji heyətin ixtisas biliklərinin təkmilləşdirilməsi ilə yanaşı müasir tədris yanaşmaları ilə bağlı Türkiyə təcrübəsinin öyrənilməsidir. Azərbaycanın Türkiyə Respublikasında yerləşən səfirliyinin dəstəyi ilə həyata keçirilən təlimlər kənd təsərrüfatı, turizm, sənaye, moda-dizayn, informasiya texnologiyaları və digər ixtisas sahələrini əhatə edib.

Təlim iştirakçıları qardaş ölkədə peşə təhsil müəssisələrində tədris prosesində aktiv iştirak etməklə yanaşı sektor üzrə qabaqcıl müəssisə və təşkilatlara təşkil edilən səfərlərdə müasir texnologiyalar ilə də tanış olublar.

Təlimlərdən sonra iştirakçılar tərəfindən qazanılmış təcrübənin bölüşülməsi üçün Azərbaycanda silsilə görüş və seminarların təşkili nəzərdə tutulur.