Peşə təhsilində kadr hazırlığının keyfiyyətinin artırılması məqsədilə beynəlxalq təlimlər təşkil edilib
31
10 2025
news image

   27–31 oktyabr tarixlərində Peşə Təhsili üzrə Dövlət Agentliyi və Almaniya Federativ Respublikasının Bildungswerk der Baden-Württembergischen Wirtschaft e. V. təşkilatının birgə əməkdaşlığı çərçivəsində peşə təhsili təhsilverənləri üçün beynəlxalq təlim proqramı həyata keçirilib.

   Təlimlər Almaniyanın aparıcı təhsil mütəxəssisləri tərəfindən həyata keçirilmiş, üç istiqamət — dual tədris sistemi, kurikulum və pedaqogika mövzularını əhatə etmişdir. Müxtəlif ixtisaslar üzrə fəaliyyət göstərən 60 təhsilverənin iştirak etdiyi proqram dörd gün davam etmiş və hibrid formatda — iki gün onlayn, iki gün isə əyani şəkildə təşkil olunmuşdur.

   Eyni zamanda iştirakçılar qrup işləri və müzakirələr vasitəsilə əldə etdikləri bilik və bacarıqları praktiki şəkildə tətbiq ediblər. Proqram peşə təhsilində tədrisin keyfiyyətinin artırılmasına, müəllimlərin dərs planlaşdırma və qiymətləndirmə bacarıqlarının inkişafına, praktik və nəticəyönümlü tədris metodlarının təşviqinə xidmət edib.