Peşə təhsili müəssisələri “PeşəFest”də təmsil olunublar
23
10 2025
news image

Peşə təhsili müəssisələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) tərəfindən Bakı şəhərində keçirilən “PeşəFest”in yekun festivalı və bağlanış mərasimində təmsil olunublar.

“Peşə öyrən, gələcəyini qur!” devizi altında təşkil edilən festival gənclərin və şagirdlərin peşə seçiminə dəstək olmaq, onların karyera istiqamətində doğru addım atmalarını təmin etmək məqsədi daşıyır.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor səlahiyyətlərini icra edən Simnar Mamedov, təhsil müəssisələrindən rəhbərləriiiştirak ediblər.

Festivalda Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Dəmir yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi təmsil olunub. Tədbirdə  mühəndis-pedaqoji heyət və tələbələr peşə təhsili müəssisələrinin məhsullarını sərgidə ziyarətçilərə nümayiş etdirib və mütəxəssislər tərəfindən peşə təhsili alaraq karyera imkanlarına dair məlumat verilib. Festivalda peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar.

   Festivalda 14 peşə ("kibertəhlükəsizlik", "data analitika", "helpdesk", "3D animator", "zinət əşyalarının dizayneri", "turizm təşkilatçısı", "dülgər", "avtomobil təmiri üzrə çilingər", "qida mühəndisi", "qənnadıçı", "xilasedici", "barista", "diş texniki" və "baytar") üzrə maarifləndirici tədbirlər təşkil olunub.[NI1] 

İştirakçılar festivala qatılmaqla karyera və peşə seçimləri, əmək bazarında tələb olunan bacarıqlarpeşə təhsili müəssisələri və tədris proqramları barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanıblar.

Qeyd edək ki, ölkənin müxtəlif regionlarında keçirilmiş silsilə festival tədbirlərində 7 peşə təhsili müəssiəsi - Tovuz Dövlət Peşə Təhsil Mərkəzi, Göygöl Peşə Məktəbi, Ağdam Dövlət Peşə Təhsil Mərkəzi, Bərdə Dövlət Peşə Təhsil Mərkəzi, İmişli Peşə Məktəbi, Ağdaş Peşə Məktəbi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzi regionlarda keçirilən “PeşəFest”də uğurla təmsil olunub.