Peşə təhsili müəssisələrinə qəbulda böyük fəallıq müşahidə edilir
16
08
2018
2018-2019-cu tədris ili üzrə “ASAN Peşə” layihəsi çərçivəsində dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir. Təhsil Nazirliyinin “ASAN xidmət”lə birgə həyata keçirdiyi layihə avqustun 6-dən start götürüb.
Artıq 10 gündür davam edən sənəd qəbulunda 7200-dən çox vətəndaş qeydiyyatdan keçərək ixtisas seçib.
Qeyd etmək lazımdır ki, qəbul prosesində böyük fəallıq müşahidə olunur. Ən çox müraciət olunan ixtisaslar aşpaz, veb-dizayner, kompüter operatoru, bərbər, dərzi, avtomobil üzrə elektrik, geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, elektrik avadanlıqlarına xidmət və təmiri mütəxəssisi, qaynaqçı və s. ixtisaslarıdır.
Sənəd qəbulu avqustun 26-dək davam edəcək.
Həmçinin oxu