Ağdaş rayonunda “Peşən Sənsən” devizi altında peşə festivalı keçirilib
26
05 2025
news image

Ağdaş rayonunda “Peşən Sənsən” devizi altında peşə festivalı keçirilib. Heydər Əliyev adına parkda keçirilən tədbir Ağdaş Peşə Məktəbinin və Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşıb. Festivalın məqsədi gənclərin və məktəblilərin peşə təhsilinə marağının artırılması, onları əmək bazarının tələblərinə uyğun peşələrlə tanış etmək və düzgün peşə seçiminə təşviq etmək olub.

Festival çərçivəsində aşpaz, dərzi, çilingər, elektrik qaynaqçısı, bərbər və digər ixtisaslar üzrə təqdimatlar və ustad dərsləri təşkil edilib. Stendlərdə təhsilalanların hazırladığı məhsullar, əl işləri və layihələr nümayiş olunub. İştirakçılar təqdim olunan peşələrlə yaxından tanış olmaq imkanı əldə ediblər.