İyulun 28-də STEP Kompüter Akademiyasında ilk məzun buraxılışına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə 2017-2018-ci tədris ilində “Veb layihələrin yaradılması və dizaynı” ixtisası üzrə təhsil alan 40 məzuna dövlət nümunəli sənədlə yanaşı, Akademiyanın beynəlxalq diplomu da təqdim edilib.
2017-2018-ci tədris ilində Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə STEP Kompüter Akademiyasının əməkdaşlığı çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri Akademiyada ödənişsiz təhsil almaq imkanı əldə ediblər.
Qeyd edək ki, 18 ölkədə fəaliyyət göstərən STEP Kompüter Akademiyası bir sıra qabaqcıl şirkətləri anlaşma memorandumu imzalayıb və bu əməkdaşlığa uyğun olaraq, tələbələrin əksəriyyəti təhsil aldıqları müddətdə işlə təmin olunurlar.