"Böyük Qayıdış" çərçivəsində Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzində ofisiant və barmen ixtisasları üzrə keçirilən təlimlər uğurla başa çatıb
11
04 2025
news image

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”  çərçivəsində Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzində 10 mart 2025-ci ildə icrasına başlanılan ofisiant və barmen ixtisasları üzrə təlimlər başa çatıb. Təlimin yekun imtahanı keçirilib və imtahanda ümumilikdə  40 nəfər müdavimdən 39 nəfəri iştirak edib. Təlimləri uğurla başa vuran şəxslərə əmək fəaliyyətinə başlamağa imkan verən dövlət nümunəli sertifikat təqdim ediləcək.

Qeyd edək ki, təlimlərin əsas məqsədi Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdan əhalinin kvalifikasiyalarının artırılması yolu ilə davamlı məşğulluğunun təmin edilməsidir. Təlim istiqamətləri əmək bazarının dəyişən ehtiyaclarına uyğun olaraq müəyyən edilir və müvafiq sahə üzrə texniki biliklərə sahib olan, həmçinin təlimçilik sahəsində kifayət qədər təcrübəsi olan şəxslər tərəfindən keçirilir.

Qısamüddətli təlimlərin təşkil edildiyi müəssisələrin və müvafiq ixtisasların siyahısı ilə keçid vasitəsilə tanış olmaq mümkündür:

https://vet.edu.gov.az/p/qarabaga-qayidis