Peşə təhsili müəssisələrinə direktor və direktor müavinlərinin işə qəbul imtahanı keçirilib
15
03 2025
news image

15 mart tarixində Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsili müəssisələrinə direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsinin imtahan mərhələsi keçirilib.

 Test imtahanı mərhələsində imtahana buraxılan 971 nəfərdən 562-si imtahanda iştirak edib. Müsabiqə çərçivəsində ümumilikdə respublika üzrə 14 direktor və 54 direktor müavini vakansiyası elan olunub.

120 dəqiqə davam edən imtahanda iştirakçılar qanunvericilik və məntiqə aid suallardan ibarət 60 test tapşırığını cavablandırıblar.

 İmtahanda uğurlu nəticə göstərən namizədlər müsahibədə iştirak hüququ qazanacaqlar.

Qeyd edək ki, müsabiqə nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.