“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində qısamüddətli təlimlərə start verilib
17
03 2025
news image

Bakıda və regionlarda yerləşən peşə təhsili müəssisələrində peşə bacarıqlarının artırılması və əmək bazarının ehtiyaclarına uyğun ixtisaslı kadrların hazırlanması məqsədilə qısamüddətli təlimlərin təşkilinə başlanılıb. Təlimlər “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində həyata keçirilir və ölkənin müxtəlif peşə təhsili müəssisələrində təşkil olunur.

Təlimlər əmək bazarının dəyişən ehtiyaclarına uyğun olaraq informasiya-kommunikasiya texnologiyaları (İKT), sənaye, xidmət, kənd təsərrüfatı və turizm sahələrini əhatə edir. Bu sahələr üzrə bilik və bacarıqlarını inkişaf etdirmək istəyən şəxslər portal.edu.az platforması vasitəsilə qeydiyyatdan keçərək təlimlərdə iştirak edə bilərlər.

Proqram çərçivəsində təlimləri uğurla başa vuran iştirakçılara əmək fəaliyyətinə başlamağa imkan verən dövlət nümunəli sertifikat təqdim olunacaq.

Qısamüddətli təlimlərin təşkil edildiyi müəssisələrin və müvafiq ixtisasların siyahısı ilə keçid vasitəsilə tanış olmaq mümkündür:

https://vet.edu.gov.az/p/pese-telimler