Naxçıvanda peşə təhsili üzrə təlimlər başlayıb
05
02 2025
news image

Fevralın 4-dən etibarən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün təlimlər keçirilməyə başlanıb.

Təlimlərdə peşə təhsili müəssisələrinin əməkdaşlarına kurikulumların hazırlanması və tətbiqi, tədrisin təşkili, attestasiya qaydaları, sənədlərlə iş, tələbə təqaüdlərinin verilməsi qaydası, istehsalat təlimi və təcrübəsinin təşkili üzrə təqdimatlar edilib. Eyni zamanda iştirakçılara peşə təhsili kurikulumlarının hazırlanması zamanı səriştəəsaslı  yanaşmaların tətbiqi, əmək bazarının tələblərinin nəzərə alınması, tədrisin təşkili prosesində interaktiv və texnoloji vasitələrdən effektiv istifadə yolları, peşə təhsili tələbələri üçün nəzərdə tutulan təqaüdlərin verilmə qaydaları, istehsalat təliminin və müəssisələrlə əməkdaşlığın təşkil olunması mexanizmləri üzrə nəzəri və praktiki təcrübələr də təqdim olunub.

Qeyd edək ki, təlimlər fevralın 7-dək davam edəcək.