Peşə təhsili və ümumtəhsil müəssisələrinin əməkdaşları üçün peşəyönümü işinin effektiv təşkili ilə bağlı seminar keçirilib
31
01 2025
news image

31 yanvar 2025-ci il tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində "Peşəyönümü işinin effektiv təşkili: Hədəf qruplarına uyğun yanaşmalar" mövzusunda seminar keçirilib.

Seminarın əsas məqsədi peşə təhsili müəssisələrinin və onların əməkdaşlıq etdiyi ümumi təhsil müəssisələrinin peşəyönümü xidmətinin aparılması istiqamətində effektiv əməkdaşlıq yollarını öyrətmək, hədəf qruplarına uyğun yanaşmalar barədə məlumatlandırmaq və peşə təhsilinə işsiz, işaxtaran və yaşlı şəxslərin cəlbi üçün müvafiq tələbləri müzakirə etmək olub.

Seminar çərçivəsində Təhsil İnstitutunun nümayəndələri tərəfindən peşəyönümü xidmətinin effektiv təşkili və peşə təhsilində işaxtaranların cəlbi mövzularında təqdimatlar keçirilib. Tədbirdə Estoniya və Sinqapur nümunələri əsasında dünya təcrübəsində peşəyönümü xidmətinin məzmun və forma tələbləri müzakirə olunub.