Peşə təhsili müəssisələrinin rəhbərləri üçün satınalmaların təşkil olunmasına dair təlim keçirilib
28
01 2025
news image

18 yanvar 2025-ci il tarixində Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan peşə təhsili müəssisələrinin direktorları və direktor səlahiyyətlərinin icrası həvalə olunmuş əməkdaşlarının iştirakı ilə “Dövlət satınalmaları haqqında yeni qanun: Satınalmaların təşkil olunmasına dair” mövzusunda təlim keçirilib. Təlimdə Bakıda və regionlarda yerləşən 35 peşə təhsili müəssisəsinin rəhbəri iştirak edib.

Təlimin açılışında çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Kənan Mirzəyev təlimin əsas məqsədi, yeni dövlət satınalmaları qanunvericiliyi, əməkdaşların bilik və bacarıqlarının artırılmasının zərurəti bu baxımdan təlimin əhəmiyyəti barədə iştirakçıları məlumatlandırıb.

Daha sonra təlimçi Elşən Həsənov “Satınalmaların təşkil olunmasına dair” təqdimatla çıxış edərək bir sıra məlumatları təlim iştirakçılarının nəzərinə çatdırıb və sözügedən mövzuda müzakirələr aparılıb.

Təlimin sonunda müzakirələr davam etdirilərək tədbir iştirakçıları tərəfindən təqdim edilən suallar cavablandırılıb və müvafiq təklif və tövsiyələr verilib.