Beyləqan Peşə Məktəbinin tələbələri “Poliqon” hərbi vətənpərvərlik düşərgəsinə qatılıblar
27
12 2024
news image

20-22 dekabr 2024-cü ildə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və Beyləqan Peşə Məktəbinin tələbələrinin iştirakıyla Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksində “Poliqon” hərbi vətənpərvərlik düşərgəsi keçirilib. Düşərgənin keçirilməsində məqsəd gənclərdə vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunun gücləndirilməsi, habelə onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığını artırmaq, eyni zamanda şanlı Zəfər tarixini təbliğ etməkdən ibarət olub. 80 nəfər tələbənin iştirakıyla baş tutan düşərgədə gənclər üçün maraqlı hərbi təlimlər, idman və hərbi-idman oyunları, intellektual oyun, Qarabağ qaziləri ilə panel görüş, həmçinin "Məclisi-üns" bədii gecəsi təşkil edilib.