Peşə təhsili müəssisələrinin psixoloqlarına təlim keçirilib
29
12 2024
news image

26-27 dekabrın tarixlərində peşə təhsil müəssisələrində fəailiyyət göstərən psixoloqlar ilə psixoloji işə yanaşmanın təkmilləşdirilməsi məqsədilə təlimlər keçirilib.

Təlimin məqsədi peşə təhsil müəssisələrində psixoloji işin keyfiyyətini artırmaq, tədris-təlim prossesinin psixoloji baxımdan effektivliyini təmin etməkdir. Təlim mövzularına peşə təhsili müəssisələrində tərbiyə prossesinin təşkili və ardıcıllığı, həssas əhali qrupundan olan tələbələrin təyini və onlara psixoloji yanaşma strategiyaları, davranış problemlərinin təhlili və həlli yolları, psixoloji testlərin istifadəsi, stresin mənşəyi və tələbələrə təsiri, konfliktlərin idarə olunması kimi aktual mövzular daxil edilib. Eyni zamanda psixoloqların iş təcrübəsini artıracaq alətlər praktiki yanaşmalarla göstərilib.