Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpasının nəticələri açıqlanıb
29
12 2024
news image

22-31 oktyabrda keçirilən 2024/2025-ci tədris ilinin birinci yarımili üzrə peşə təhsil pilləsində təhsilalanların köçürülməsi və bərpasının nəticələri açıqlanıb. Müraciətlər “portal.edu.az” platforması üzərindən həyata keçirilib.

Qeyd olunan prosesdə “Təhsilin bərpası” xidməti üzrə 125 nəfər müraciət edib, onlardan 56 nəfərinin müəssisələrə bərpası həyata keçirilib, 35 nəfərin müraciətinə uyğun qrup tapılmadığı üçün imtina verilib. Yerdə qalan digər vətəndaşların müraciətlərinin II yarımil üzrə təmin edilməsi nəzərdə tutulur.

“Təhsilalanların köçürülməsi” xidməti üzrə I yarimil ərzində müraciət edən 53 nəfərin 24-nün köçürülməsi həyata keçirilib.

Qaydalara əsasən təhsil müəssisəsinə bərpa olunma yay və qış tətili dövründə həyata keçirilir. II yarimil üzrə “Təhsilin bərpası” xidmətinin yanvar ayında açılması nəzərdə tutulub.

Ətraflı: https://e-qanun.az/framework/55807