
2024-cü il dekabrın 20-də Peşə Təhsili üzrə Dövlət Agentliyində Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Etibar Sadığovun təqaüdə göndərilməsi münasibətilə tədbir keçirilib.
Peşə Təhsili üzrə Agentliyinin direktoru Ceyhun Kərəmov peşə təhsili sahəsində uzun illər ərzində göstərdiyi xidmət və gənclərin inkişafına verdiyi misilsiz töhfələrə görə Etibar Sadığovu təşəkkürnamə ilə təltif edib.
Etibar Sadığov peşəkar və təcrübəli müəllim kimi fəaliyyət göstərdiyi bu illərdə, yetişdirilməsində xüsusi əməyi olan hər bir gəncin uğuruna doğma münasibət göstərdiyini dilə gətirib. Çıxış zamanı, Etibar müəllim bu məsuliyyətli vəzifəni icra etməyin onun üçün böyük şərəf olduğunu vurğulayıb. Agentliyin direktoruna xüsusi qayğı üçün təşəkkür edib və bundan sonra da öz zəngin təcrübəsini peşə təhsili sahəsindəki inkişaf üçün əskik etməyəcəyini bildirib.
Qeyd edək ki, Etibar Sadıqov 2014-cü ildə Prezident Sərəncamı ilə “Əməkdar müəllim” Fəxri adına layiq görülüb. Onun rəhbərliyi dövründə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi təhsilin keyfiyyətinin yüksəldilməsi və tələbələrin peşəkar hazırlığı istiqamətində böyük nailiyyətlərə imza atıb.
Dəyərli Etibar müəllim, sizə dərin ehtiramla bildiririk ki, zəngin təcrübəniz Peşə təhsili pedaqoqlarına hər zaman mayak olacaq.