Peşə təhsilində kredit transferi və keyfiyyətin təkmilləşdirilməsi üzrə təlim-seminar keçirilib
09
12 2024
news image

Ötən həftə Peşə Təhsili üzrə Dövlət Agentliyinin benefisiarı olduğu “Azərbaycanda peşə təhsili və təlimində keyfiyyət təminatı və kredit transferi üçün potensialın gücləndirilməsi“ layihəsi çərçivəsində “AzMKÇ-nin səviyyələri arasında keçid ilə bağlı təlimat və tövsiyələr” mövzusunda təlim-seminar təşkil edilib.

Beynəlxalq ekspert Stephan John tərəfindən keçirilən təlim-seminarın ümumi məqsədi iştirakçılara kredit transferi, onun prinsipləri, sənədləşdirilməsi və hesablanması barədə məlumat vermək, avtomobil və turizm istiqamətində hazırlanan peşə xəritələrini nəzərdən keçirmək olub. Təlim-seminarda Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, peşə təhsili müəssisələri, kollec və universitetlərdən ümumilikdə 33 nümayəndə iştirak edib.

Qeyd edək ki, kredit transferi təhsil sahəsində tələbələrin bir müəssisədə topladığı akademik kreditlərin başqa bir müəssisəyə köçürülməsini təmin edən sistemdir. Bu yanaşma təhsil prosesini daha səmərəli edir və tələbələrə vaxt və resurs qənaəti imkanı yaradır.

Layihə “IBF International Consulting“ tərəfindən icra edilir və benefisiarı Peşə Təhsili üzrə Dövlət Agentliyidir. Layihənin məqsədi Peşə Təhsili üzrə Dövlət Agentliyinin keyfiyyət təminatı çərçivəsini və peşə təhsilində kredit transferi sistemini inkişaf etdirməklə peşə təhsili və təliminin keyfiyyətini artıraraq Azərbaycanda insan kapitalının gücləndirilməsinə kömək etməkdir.