Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vətəndaşları qəbul edib
03
12 2024
news image

28 noyabrda Agentliyin direktoru Ceyhun Kərəmovun növbəti dəfə vətəndaş qəbulu baş tutub. Agentliyin məsul əməkdaşlarının iştirakı ilə keçirilən qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Bir sıra məsələlər yerində həllini tapıb, bəzi müraciətlər isə daha ətraflı araşdırılmaq üçün nəzarətə götürülüb. Agentliyin səlahiyyətlərinə aid olmayan müraciətlər üzrə aidiyyəti quruma müraciət edilməsi üçün tövsiyələr verilib.

2024-cü ilin yanvar—noyabr ayları ərzində ümumilikdə, 500-dək şəxs Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində vətəndaş qəbulunda iştirak edib. Cari ildə Agentliyin vətəndaş qəbulu qrafiki daha intensiv şəkildə tənzimlənib və həftənin bütün günlərini əhatə edib. Bu dəyişiklik nəticəsində Agentliyin direktoru və digər rəhbər şəxslər tərəfindən qəbul edilən vətəndaşların sayı əvvəlki illə müqayisədə iki dəfədən çox artıb

Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyində həftənin hər günü Agentliyin vətəndaş qəbulu cədvəlinə uyğun olaraq vətəndaş qəbulu həyata keçirilir.

Vətəndaş qəbulunda iştirak etmək üçün Agentliyin çağrı mərkəzinə (146-7) müraciət edə bilərsiniz.