31 oktyabrda Agentliyin direktoru Ceyhun Kərəmovun növbəti dəfə vətəndaş qəbulu baş tutub. Agentliyin məsul əməkdaşlarının iştirakı ilə keçirilən qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Bir sıra məsələlər yerində həllini tapıb, bəzi müraciətlər isə daha ətraflı araşdırılmaq üçün nəzarətə götürülüb. Agentliyin səlahiyyətlərinə aid olmayan müraciətlər üzrə aidiyyəti quruma müraciət edilməsi üçün tövsiyələr verilib.
2024-cü ilin yanvar—oktyabr ayları ərzində ümumilikdə, 400-dən artıq şəxs Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində vətəndaş qəbulunda iştirak edib.
Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyində həftənin hər günü Agentliyin vətəndaş qəbulu cədvəlinə uyğun olaraq vətəndaş qəbulu həyata keçirilir.
Vətəndaş qəbulunda iştirak etmək üçün Agentliyin çağrı mərkəzinə (146-7) müraciət edə bilərsiniz.