Təhsilverənlərin ixtisasartırma təlimlərinə start verilib
28
10 2024
news image

     22 oktyabr tarixindən etibarən Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyətinin peşəkar inkişafına yönəlmiş ixtisasartırma təlimlərinə start verilib. İlk mərhələdə dərzi, moda-dizayn və qrafik dizayner ixtisasları üzrə təşkil edilən təlimlərə qatılan müəllimlər təlimlərin sonunda sertifikatlarla təltif olunublar.

   İxtisasartırma təlimlərinə hazırlıq məqsədilə təhsil verənlər arasında təlim ehtiyacları sorğusu həyata keçirilib. Bu sorğu nəticəsində müəyyən edilən ehtiyaclara əsasən müəllimlər İKT, xidmət, tikinti, avtomobil, turizm və digər istiqamətlər üzrə mərhələli şəkildə müvafiq təlimlərə cəlb olunacaqlar.

  Təhsilverənlərin ixtisasartırma təlimlərinin əsas məqsədi beynəlxalq təcrübələr əsasında iş yerlərində təlim və stajkeçmə mexanizminin yaradılması, müxtəlif iqtisadi sahələrdə fəaliyyət göstərən işəgötürən müəssisələrdə çalışan mühəndis-pedaqoji heyətin peşəkar bacarıqlarının daha da inkişaf etdirilməsinə dəstək olmaqdır. Bu təşəbbüs təhsilverənlərin müasir əmək bazarının tələblərinə uyğun hazırlanmasına və peşə təhsili sahəsinin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcəkdir.