Peşə Təhsili üzrə Dövlət Agentliyində mülki müdafiə tədbirləri ilə bağlı görüş keçirilib
24
10 2024
news image

21 oktyabr tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyinin 2024-cü il üçün mülki müdafiə Tədbirləri Planı çərçivəsində Agentliyin inzibati binasında mülki müdafiə tədbirlərinə dair görüş keçirilib.

Görüş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin, həmçinin Agentliyin mülki müdafiə dəstələrinin komandir-rəis və şəxsi heyətinin iştirakı ilə baş tutub. Tədbir zamanı çıxış edən şəxslər mülki müdafiənin əsas məqsədləri, müdafiə sahəsində həyata keçirilən tədbirlər və qarşıda duran prioritetlər barədə geniş məlumat veriblər. Eyni zamanda, mülki müdafiə tədbirlərinin planlaşdırılması və icra prosesi müzakirə edilib.

Müzakirələr zamanı xüsusi olaraq fövqəladə hallara hazırlıq, qarşısının alınması və aradan qaldırılması üçün birgə fəaliyyətin vacibliyi vurğulanıb. Görüşün əsas məqsədi mülki müdafiə tədbirlərinin daha effektiv həyata keçirilməsi və potensial fövqəladə vəziyyətlərdə təxirəsalınmaz tədbirlərin görülməsi üçün lazımi koordinasiyanın təmin olunması olub.

Qeyd edək ki, bu cür tədbirlər mülki müdafiənin gücləndirilməsi və əhalinin fövqəladə hallarda daha təhlükəsiz və vaxtında müdafiə olunması istiqamətində atılan addımların bir hissəsidir.