Peşə təhsili müəssisələrinin maliyyə-mühasibatlıq işçiləri üçün praktiki seminar keçirilib
04
10 2024
news image

         2 oktyabr tarixində Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan peşə təhsili müəssisələrinin baş mühasiblərinin iştirakı ilə praktiki seminar keçirilib. 

          Seminarın açılışında çıxış edən Elm və Təhsil Nazirliyinin Maliyyə şöbəsinin müdir müavini Vüqar Əsgərov seminarın əsas məqsədi, maliyyə-mühasibatlıq işçilərinin müasir dövrdə vəzifə və funksiyalarından irəli gələn məsuliyyətləri, onların bilik və bacarıqlarının artırılmasının zərurəti, bu baxımdan seminarın əhəmiyyəti, eləcə də dövlət büdcəsində elm və təhsil xərclərinin həcmi barədə iştirakçıları məlumatlandırıb, mühasiblərə bir sıra təklif və tövsiyələrini verib.

          Sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı Vüsal Qəhrəmanov “Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulmalar üzrə vahid bəyannamə (hesabatı)” barədə təqdimatla çıxış edərək bir sıra məlumatları seminar iştirakçılarının nəzərinə çatdırıb və sözügedən mövzuda müzakirələr aparılıb.

          Daha sonra seminar Maliyyə şöbəsinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarının müvafiq təqdimatları və müzakirələri ilə davam etdirilib.

      Seminarın sonunda müzakirələr davam etdirilərək mühasibləri maraqlandıran müxtəlif aspektli suallar cavablandırılıb, müvafiq təklif və tövsiyələr verilib.