Peşə təhsili müəssisələrinin 2024-2025-ci tədris ilinə hazırlıq vəziyyəti müzakirə edilib
12
09 2024
news image

12 sentyabr tarixində peşə təhsili müəssisələrində 2024-2025-ci tədris ilinə hazırlıq vəziyyətini müzakirə etmək üçün müəssisə rəhbərləri ilə onlayn görüş keçirilib. Görüşdə 2024-2025-ci tədris ilində keyfiyyətli tədrisin təşkili ilə bağlı bir sıra vacib məsələlər müzakirə edilib.

İlk növbədə ixtisas fənn müəllimi və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinin nəticələri nəzərdən keçirilərək yeni işə qəbul edilmiş heyətin müəssisəsyə, həmçinin təlim və tədris prosesinə adaptasiyası istiqamətində konkret tapşırıqlar verilib.

Daha sonra təlim və tədris prosesinin effektiv təşkili məqsədilə müəssisələrin tədris vəsaitləri və dərsliklərlə təminatı, tələbə qəbulunun yekunlarına uyğun olaraq zəruri təşkilatı və sənədləşmə prosedurlarının tamamlanması, həmçinin təlim və tədris prosesinin keyfiyyət monitorinqi məsələləri müzakirə edilib. Eyni zamanda, cari tədris ili üçün peşə təhsil müəssisələrinin qarşısında duran hədəflər və gözlənilən yeniliklər də müzakirə edilib.

Sonda peşə təhsil müəssisələrinin rəhbərləri tərəfindən onları maraqlandıran suallar və təkliflər səsləndirilib, mümkün həll yolları üzərində fikir mübadiləsi aparılıb.