Peşə təhsil müəssisələrinin müəllimləri "eTwinning" layihəsi çərçivəsində seminarda iştirak ediblər
21
05 2023
news image

Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Esmira Alverdiyeva və Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi və karyera məsləhətçisi Sonaxanım Vəlixanova 18-20 may tarixlərində "eTwinning" layihəsi çərçivəsində Slovakiyanın Bratislava şəhərində keçirilən "Orta təhsildə innovasiya" mövzusunda 3 günlük seminarda iştirak ediblər.

Qeyd edək ki, "eTwinning" layihəsinin məqsədlərindən biri Peşə təhsili müəssisələrində təhsil işçilərinin ömürboyu təhsil konsepsiyasına və əmək bazarının tələblərinə uyğun zəruri bilik, bacarıq və səriştələrə yiyələnməsi, müstəqil və yaradıcı şəxsiyyət kimi hazırlanmasıdır.