Peşə təhsili müəssisələrində “Məzun günü” tədbirləri keçirilib
28
06 2024
news image

İyunun 28-də Bakıda və regionlarda yerləşən 63 peşə təhsili müəssisəsində “Məzun günü” tədbirlərii keçirilib. “Məzun günü” tədbirlərində Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi, peşə təhsili müəssisələrinin əməkdaşlıq etdiyi işəgötürən şirkətlərin təmsilçiləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində keçirilən məzun günündə iştirak edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov məzunları təbrik edib və ölkə miqyasında peşə təhsilli kadrlara olan tələbin hər il daha da artdığını vurğulayıb. Agentlik rəhbəri çıxışının sonunda yeni təhsil müəssisələrinin açılması, mövcud müəssisələrin modernləşdirilməsi və peşə təhsilinin keyfiyyətinin artırılması üçün həyata keçirilən islahatların davam edəcəyini vurğulayıb .

Tədbirlər müəssisələrin tələbə və müəllimlərinin iştirakı ilə hazırlanan bədii hissə ilə davam edib. Bu hissədə tələbələr yaradıcılıq qabiliyyətlərini və mədəniyyətə olan maraqlarını nümayiş etdiribilər.

Qeyd edək ki, 2023-2024-cü tədris ili üzrə Elm və Təhsil Nazirliyinin tabeliyindəki 72 peşə təhsil müəssisəsindən 15 199 tələbə məzun olur. Məzun olan tələbələrdən 1354 nəfər ilk peşə təhsili səviyyəsi, 13562 nəfər texniki peşə təhsili səviyyəsi, 283 nəfər yüksək texniki peşə təhsili səviyyəsi üzrə təhsil alıb.