Peşə təhsili alan 15 000-dən çox tələbə dövlət buraxılış imtahanında iştirak edir
25
06
2024
2023-2024-cü tədris ilinin yekunu olaraq peşə təhsil müəssisələrində təhsilalanların dövlət buraxılış imtahanları keçirilir. Cari ildə məzun olacaq 15 000-dən tələbə imtahanda iştirak edir. Proses peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması qaydalarına uyğun olaraq həyata keçirilir.
Qeyd edək ki, buraxılış imtahanı təhsil proqramına (kurikuluma) uyğun olaraq ixtisas (sınaq) istehsalat işinin yerinə yetirilməsindən sonra 2 həftə ərzində keçirilir. İmtahan 3 saat ərzində aparılır. Buraxılış imtahanına təhsil proqramı (kurikulum) üzrə tam kursu bitirmiş və ixtisas (sınaq) istehsalat işini müvəffəqiyyətlə yerinə yetirənlər buraxılır.
Həmçinin oxu