Peşə təhsili müəssisələrində ixtisas (sınaq) istehsalat işlərinin qiymətləndirilməsi aparılır
13
06 2024
news image

     2023-2024-cü tədris ilinin yekunu olaraq peşə təhsil müəssisələrində buraxılış qruplarında müxtəlif ixtisaslar üzrə ixtisas (sınaq) istehsalat işlərinin qiymətləndirilməsi aparılır. Proses   peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması qaydalarına uyğub olaraq həyata keçirilir.

     Qeyd edək ki, peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması qaydalarına əsasən buraxılış qruplarında (sonuncu kurs) təhsil alan tələbələrin  ixtisas (sınaq) istehsalat işləri təhsil proqramına (kurikuluma) uyğun olaraq istehsalat təcrübəsinin son ayı ərzində yerinə yetirilir. Bir tələbənin ixtisas sınaq işi ən çox 8 saat ərzində qiymətləndirilir. İxtisas (sınaq) istehsalat işlərinin siyahısı və məzmunu işəgötürənlərlə razılaşdırılmaqla peşə təhsili müəssisəsinin rəhbəri tərəfindən təsdiq olunur.