16 may 2024-cü il tarixdə “TƏMƏL” platforması çərçivəsində Salyan şəhərində Salyan Rayon İcra Hakimiyyəti və Sübhan Cəbrayılov adına Salyan Peşə Liseyinin birgə təşkilatçılığı ilə “İşəgötürənlərin peşə təhsilinə inteqrasiyası” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Peşə Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri, Salyan Rayonu İcra Hakimiyyətinin, Şirvan-Salyan Regional Məşğulluq filialının nümayəndələri və KOBİA-nın Salyan rayonu üzrə KOB Dostu, Salyan rayonunda fəaliyyət göstərən bir çox müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin və kütləvi-informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Salyan Peşə Liseyinin direktoru Ruslan Fətullayev liseyin fəaliyyəti və işəgötürənlərlə əməkdaşlığı barədə qonaqlara ətraflı məlumat verib və liseyinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Peşə Təhsili üzrə Dövlət Agentliyinin Tərəfdaşlarla iş və kommunikasiya şöbəsinin müdiri Yusif Axundov Agentliyin tərəfdaşlarla əməkdaşlığının yüksələn xətlə inkişaf etdiyini qeyd edərək, bu sahədə tətbiq edilən layihə və proqramlar, eləcə də gələcək planlar haqqında ətraflı məlumat verib.
Daha sonra işəgötürənlər və müəssisə rəhbərləri müzakirələrə qatılaraq bu sahədə fikir və təkliflərini bildiriblər.
Dəyirmi masanın keçirilməsində əsas məqsəd işəgötürənlərin peşə təhsili sisteminə cəlb edilməsi, kadr hazırlığının işəgötürənlərin tələblərinə uyğun aparılması və təhsildə dövlət-özəl tərəfdaşlığı sisteminin həyata keçirilməsi perspektivlərinin müzakirəsidir.
Qeyd edək ki, TƏMƏL (Peşəkar kadrların təminatı üzrə TƏrəfədaşlıq və MƏLumatlandırma) platformasının məqsədi peşə təhsili müəssisələri ilə işəgötürənlər arasında sıx əməkdaşlıq münasibətlərinin qurulması və bu münasibətlərin daha da genişləndirilməsinin təmin edilməsidir.