Aşpaz ixtisası üzrə qısamüddətli təlim kursunu bitirən tələbələrə sertifikat təqdim olunub
30
04 2024
news image

     Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “CÁSÁ” Kulinariya Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində icra etdiyi dərəcə 2 üzrə “City and Guilds” diplom proqramında aşpaz ixtisası üzrə qısamüddətli təlim kursunu bitirən tələbələrə sertifikat təqdim olunub.

     Təhsil müddəti  beş ay yarım olan aşpazlıq ixtisası üzrə təlim kursunu bitirən tələbələrin üçü ABŞ, Şri-Lanka və Rusiya vətəndaşlarıdır.

   Qeyd edək ki,təlim kursunda təhsil alan tələbələrdən ikisi "Casa Culinary Cup 2024" yarışmasında iştirak edərək qalib olublar. Şri-Lanka vətəndaşı olan Thiran Dnod Ayantha “balıq əti” nominasiyası üzrə qızıl medala layiq görülüb. Kənan Balaşovun üzvü olduğu "CASA TEAM" komandası isə 9 komanda arasında ən yüksək bal toplayaraq 3000 AZN mükafat əldə edib.