Peşə təhsil müəssisələri Aqrar Biznes Festivalında təmsil olunublar
16
02 2024
news image

15 fevral tarixində Lənkəran Peşə Liseyi və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi Salyan rayonunda təşkil olunan Aqrar Biznes Festivalında təmsil olunublar. Tədbir zamanı iştirakçılara sözügedən peşə təhsil müəssisələrində yaradılmış şərait, tələbə və müəllimlərin əl işlərindən ibarət nümunələr, həmçinin müxtəlif sahələri əhatə edən innovativ həllər təqdim edilib.

Festivalda Kənd Təsərrüfatı Nazirliyinin elmi tədqiqat institutları, tabeli qurumları, həmçinin aqrar sahə üzrə fəaliyyət göstərən bir sıra  yerli və xarici şirkətlər öz innovativ məhsul, avadanlıq və texnologiyalarını nümayiş etdiriblər.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi tərəfindən təşkil edilən festival  Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafına töhfə vermək, kənd təsərrüfatı ilə peşə təhsili sektoru arasında mövcud əlaqələrin gücləndirilməsi məqsədi daşıyır.