Daha 4 ixtisas üzrə təhsil proqramlarının yenilənməsi müzakirə edilib
02
02 2024
news image

31 yanvar tarixində müxtəlif şirkətlərin, ekspertlərin və təhsil proqramlarına aid sahələr üzrə fəaliyyət göstərən mütəxəssislərin iştirakı ilə dəyirmi masa baş tutub.

Tədbirdə “Smartfon, televizor və soyuducu”, “Alternativ enerji”, “Elektron və hibrid sükan sistemlərinin təmiri”, və “Nəqliyyat sistemlərinin texniki istismarı” üzrə usta və texnik peşə ixtisaslarının təhsil proqramı müzakirə edilib.

Müzakirə zamanı dünyada baş verən texnoloji yeniliklərin tətbiqi və müasir tipli avadanlıqlarla çalışan şəxslərin texniki bacarıqlarlar ilə bərabər, müştərilərlə münasibət bacarıqları haqqında da fikir mübadiləsi aparılıb.