Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Təhsil və karyera” sərgisi keçirilib
25
01 2024
news image

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində CASA Kulinariya Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində “Təhsil və karyera” sərgisi keçirilib.

Sərginin keçirilməsində məqsəd işəgötürənlərin ehtiyaclarına uyğun kadr tapmasına və peşə təhsil müəssisələrinin məzunlarının işlə təmin olunmasına dəstək olmaqdır.

Tədbirdə HORECA sektoru üzrə 24 işəgötürən müəssisə tərəfindən məzunlara 100 vakansiya (ofisiant, aşpaz köməkçisi, qənnadıçı və s.) təqdim edilib. İşəgötürənlər tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunacaqlar.  

Qeyd edək ki, sərgidə turizm istiqaməti üzrə təhsil alan 400 nəfərədək peşə təhsilli məzun və tələbə iştirak edib.