Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif ediliblər
16
01 2024
news image

Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən təhsil sahəsində dövlət tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsinə və təhsil sistemində islahatların həyata keçirilməsi sahəsində əldə olunmuş yüksək nəticələrə görə Peşə Təhsili üzrə Dövlət Agentliyinin İşəgötürənlərlə iş və innovativ layihələr şöbəsinin müdir müavini, müdir səlahiyyətlərini icra edən Nigar İsmayılzadə-Əsgərova, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Naridə Zülfüqarova “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif ediliblər.