Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində "Sənətin ən yaxşı bilicisi" kulinariya müsabiqəsi keçirilib.
Bakı şəhəri Gənclər və İdman İdarəsinin Xətai rayon sektoru ilə birgə təşkilatçılıqla keçirilən müsabiqənin məqsədi peşə təhsilinin və mətbəx mədəniyyətinin gənclər arasında təbliğ olunmasından ibarətdir.
Müsabiqədə Xətai rayonunda yerləşən 86, 204, 260, 264 nömrəli tam orta məktəbin şagirdləri və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin aşpaz ixtisası üzrə təhsil alan I kurs tələbələri iştirak edib.
Müsabiqədə soyuq qəlyanaltılar və salatlar hazırlanıb. Hazırlanan təamlar münsiflər heyəti-Aşpazlar Gildiyasının üzvləri Əli Rəhimov, Roman İmamquliyev, Sərxan İmamlı və Babək Genc tərəfindən qiymətləndirilib.
Müsabiqənin nəticəsinə əsasən 204 nömrəli tam orta məktəb I yer, 86 nömrəli tam orta məktəb II yer, 264 nömrəli tam orta məktəb III yerin qalibi olub. Qaliblər və iştirakçılar diplom, təşəkkürnamə və hədiyyələrlə təltif olunub.